Tokayev Qazaxıstanın vitse-prezidentinin səlahiyyətlərini təsdiq edib
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin vitse-prezidentinin səlahiyyətlərini müəyyən edən fərman imzalayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, müvafiq sənəd Akordanın mətbuat xidməti tərəfindən dərc olunub.
Fərmana əsasən, vitse-prezident daxili və xarici siyasət sahəsində strateji təşəbbüsləri hazırlayacaq və dövlət başçısına təqdim edəcək.
Prezidentin tapşırığı ilə vitse-prezident Qurultay, hökumət, dövlət orqanları, siyasi partiyalar, ictimai birliklər və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə onu təmsil edə biləcək.
Vitse-prezident həmçinin beynəlxalq tədbirlərdə iştirak edəcək, Dünya və Ənənəvi Din Liderləri Qurultayının Katibliyinə rəhbərlik edəcək və Prezident yanında Qazaxıstan Strateji Tədqiqatlar İnstitutunun fəaliyyətinə nəzarət edəcək. Bundan əlavə, o, sərəncamlar vermək, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırıqlar vermək, lazımi sənədləri tələb etmək və qurumlararası işçi qrupları yaratmaq hüququ əldə edib.
Vitse-prezidentin fəaliyyətinin təmin edilməsi Qazaxıstan Prezidentinin Administrasiyasına həvalə olunub.
Qazaxıstanda 2026-cı il iyulun 1-də yeni Konstitusiya qüvvəyə minib. O, Qazaxıstanın vitse-prezidenti vəzifəsinin təsis olunmasını nəzərdə tutur. Avqustun sonunda Yerlan Karin Qazaxıstanın vitse-prezidenti təyin edilib.
Oxşar xəbərlər
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində Türk Dövlətləri Sivilizasiya Parkının açılış məras...