Tokatda ard-arda baş verən zəlzələlər: İsti bulaq suyunun temperaturu artdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Tokatın Sulusaray rayonunda baş verən 5,6, 4,0, 4,4 və 4,1 bal gücündə zəlzələlərdən sonra qorxulu hadisə yaşanıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, rayon ərazisindəki Sulusaray termal bulaq suyunun temperaturu 50 dərəcədən 54 dərəcəyə yüksəlib, axın sürəti də artıb.
Bunu Sulusaray Bələdiyyə başçısı Davut Kılıç deyib.
2 min illik tarixi olan isti bulaq suyunun istiliyi 4 dərəcə yüksəlib.
Xatırladaq ki, Sulusaray rayonunda 2 gün əvvəl baş verən 5,6 bal gücündə zəlzələ rayonda bir çox binaya ziyan vurub, sonrakı yeraltı təkanlar isə çaxnaşmaya səbəb olub.
Yozgatda da baş verən zəlzələdən sonra Tokat və Yozgatın 3 rayonunda təhsil 1 günlük dayandırılıb.
Oxşar xəbərlər
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB - FOTO/VİDEO
Türkiyənin Tokat vilayətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin səh...