İtkin düşən əsgərin atası: “Qolsuz-ayaqsız gəlsin, təki sağ gəlsin” – VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-də yayımlanan “Arzu Kəlbinin reportajı”nın növbəti buraxılışı İkinci Qarabağ müharibəsində itkin düşən əsgər Aydın Feyzullayevə həsr olunub.
Övladını həsrətlə gözləyən Zakir Feyzullayev Aydınla son telefon danışığından bəhs edib, keçən bir il ərzində ailənin yaşadıqlarından danışıb.
O bildirib ki, oğlu sentyabrın 27-si müharibə başlayanda əlaqə saxlayıb Füzulidə olduğunu deyib.
“Sentyabrın 27-30-u arası əlaqə saxladı, danışdıq. Mənə deyirdi ki, ata kinolarda gördüyünü burda yaşayırıq. Ən son dəfə 30 sentybarda danışdı mənlə. Dedi ata hücuma gedəcəyik, zəng etdim ki narahat qalmayın. O gündən bu günə xəbər yoxdur”, – deyə o bildirib.
Övladının yaşadığına ümidini itirməyən ata aidiyyəti qurumların məsələni diqqətdə saxladıqlarını deyib.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...