İtkin düşən daha bir əsgərimizin nəşi tapıldı - FOTO
03
fev
2021
16:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İtkin düşən daha bir əsgərimizin nəşi tapılıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, II Qarabağ müharibəsi zamanı Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə itkin düşən 2000-ci il təvəllüdlü İsmayılov Rəcəb Nəcəf oğlunun şəhid xəbər gəlib.
O, doğulduğu İmişli rayonunun Əliqulular kəndinə gətirilib və dəfn edilib.
Qeyd edək ki, R.İsmayılov Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Qalereya
Oxşar xəbərlər
General Hikmət Mirzəyevin bu günə qədər aldığı orden və medallar - SİYAHI
Hikmət Mirzəyev Biləsuvar rayonunda anadan olub. 17 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev general-mayor Hikmət İzzət oğlu Mirzəye...