“Titanik turu” təşkil edən şirkət yenidən bilet satışına başladı - FOTO

“Titanik turu” təşkil edən şirkət yenidən bilet satışına başladı - FOTO
Foto
Siyasət 319

“Titanik”in qəzaya uğradığı yerə turist səfəri zamanı itən və 5 nəfərin öldüyü sualtı qayığın sahibi “OceanGate” şirkəti yenidən eyni turların biletini satışa çıxarıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hazırda 12-20 iyun və 21-29 iyun 2024-cü il tarixləri arasında iki reys üçün bilet əldə etmək mümkündür.

Saytda biletlərin qiyməti 250 min dollar olaraq göstərilib.

Xatırladaq ki, bir müddət öncə "Titanik" gəmisinin qalıqlarını görmək istəyən 5 milyarder "Titan" sualtı qayığı ilə səfərə çıxıb, lakin yolun sonu ölüm olub. İyunun 18-də Atlantik okeanında yoxa çıxan sualtı qayıq 5 nəfərlik məzarlığa çevrilib. Günlərlə davam edən axtarışların sonunda 5 nəfərin həyatını itirdiyi açıqlanıb.

Son xəbərlər