"Titanik"dən 5 dəfə böyük gəmi səyahətə başladı - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyanın ən böyük sərnişin gəmisi "Icon of the Seas" ABŞ-nin Florida Ştatının Mayami Hava limanından səyahətə başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qeyd edilib ki, kruiz gəminin uzunluğu 365 metr, çəkisi isə 250 tondur.
"Icon of the Seas" bir həftə ərzində Mayamidən Karib dənizi sahillərinə gedərək oradan yenə Mayamiyə qayıdacaq.
Gəminin inşasına 2 milyard dollar xərclənib. 2350 personalı olan gəmidə 5610 sərnişin səyahət edir.
Ekoloqlar maye qazla çalışan nəhəng gəminin havanı çirkləndirəcəyi barədə xəbərdarlıq ediblər.
"Icon of the Seas" məşhur "Titanik" gəmisindən 5 dəfə böyükdür.
Qalereya
Oxşar xəbərlər
2023-cü ildə sərvətlərini artıran varlılar
2023-cü ildə sərvətlərini artıran zəngin iş adamlarının siyahısı açıqlanıb. İlon Mask 2023-cü ildə sərvətlərini ən çox artıran zəngin insanlar siyahısında birin...