İtini ticarət mərkəzinin damından atan qadın 12 ay həbs edildi - ANBAAN VİDEO
Avstraliyalı Emi Cac adlı qadın evdə saxladığı itini böyük ticarət mərkəzinin damından yerə atıb.
BAKU.WS xəbər verir ki, daha sonra Emi feysbuk hesabında belə bir addım atdığını etiraf edib. O bunu itinin yaxşılığı üçün dilə gətirib.
Polis tərəfindən tutularaq həbs edilən Emi hakm qarşısına çıxarılıb.
Ona 12 ay həbs cəzası verilib. 12 il heyvan baxmaq hüququndan məhrum edilib.
Hadisə zamanı qadının sevgilisi də yanında olub. Ona Emiyə müdaxilə etmədiyi və iti aşağı atdıqdan sonra onu bir baytara aparmadığı üçün 1335 funt-sterlinq məbləğində cərimə kəsilib, 3 il heyvan saxlaması qadağan edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...