"Tesla" iki milyondan çox avtomobilini geri çağırır - VACİB SƏBƏB

Tesla iki milyondan çox avtomobilini geri çağırır - VACİB SƏBƏB
Siyasət 2

ABŞ-nin elektrikli avtomobil istehsalçısı "Tesla" xəbərdarlıq işıqlarının kiçik şrift ölçüsünə görə 2,2 milyon avtomobilini geri çağırır.

BAKU.WS-in xəbərinə görə, bu barədə Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA - National Highway Traffc Safety Administration) məlumat yayıb.

"Kiçik şrift ölçüləri olan xəbərdarlıq göstəriciləri alətlər panelindəki mühüm təhlükəsizlik məlumatlarının oxunmasını çətinləşdirə bilər və bu qəza riskini artırır", - deyə NHTSA bildirib.

Qeyd olunur ki, bu ən böyük geri çağırılma olacaq və Model S, Model X və Model Y daxil olmaqla 2012-ci ildən istehsal edilən avtomobillərinə təsir edəcək.

Model 3 (2017-2023) və "Cybertruck" 2024 də geri çağırılacaq.

"Tesla" problemi həll etmək üçün pulsuz proqram təminatı yeniləməsini buraxmağa başlayıb.

Son xəbərlər