Tənqid edildi: "CZN Burakın Kann Film Festivalında nə işi var?" - FOTO
Bu il Fransada 77-ci dəfə təşkil edilən Kann Film Festivalına bir çox sayda türkiyəli məşhur qatıldı. Bunlar Pınar Deniz, Meryem Uzerli, Hande Erçel, Birce Akalay, Özge Gürel, Melis Sezen, Sibil Çetinkaya kimi tanınmış simalardır. Sonuncu dəfə isə məşhur aktrisa Gökçe Bahadır "Qırmızı xalı"da yeridi.
BAKU.WS xəbər verir ki, Kannda daha çox diqqət çəkən tanınmışlardan biri bu dəfə tanınmış aşpaz CZN Burak(Burak Özdemir) olub.
O festivalda "All We Imagine as Light" filminin qalasına qatılıb.
Burakın Kannda iştirak etməsi müzakirələr yaradıb. "CZN Burakın Kann Film Festivalında nə işi var?", "Bir sən əskik idin" kimi şərhlər yazaraq izləyicilər onun tənqid atəşinə tutublar.
Oxşar xəbərlər
Meryem Uzerli dünyanın tanınmış simaları ilə bir arada - FOTO
Məşhur aktrisa Meryem Uzerli Dubayda keçirilən Beynəlxalq Qadınlar Konvensiyasının tədbirinə qatılıb. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 2000-dən...