Telefonda evinin söküləcəyini eşidən məşhur aktrisa ABŞ-də ağır qəza keçirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Qızı ilə birgə Amerikada yaşayan "Yeşilçam"ın aktrisası Ahu Tuğba Los-Ancelesdə yol qəzası keçirib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Los-Ancelesdəki Katolik Xəstəxanasına aparılan Tuğbanın qabırğası sınıb.
O, 8 saatdan çox davam edən əməliyyat keçirib. Bildirilib ki, aktrisanın əməliyyatdan sonrakı vəziyyəti stabildir və müalicəsi reanimasiyada davam etdirilir.
İddiaya görə, Ahu Tuğba Türkiyədən gələn telefon zəngindən sonra qəzəblə sükan arxasına əyləşib. Telefonda aldığı xəbər evinin söküləcəyi, yerinə yol çəkiləcəyi ilə bağlı olub.
“Öksüzler”, “Şaşkın Milyoner”, “Bankir Bilo”, “Dokunma Şabanıma”, “İtirilmiş Qızlar”, “Ağ ölüm”, “Dostum Əlvida”, “Tacsız Kraliça”, “Bir Aşk Min Günah”, “Əqrəb”, “Yosma” kimi filmlərdə kamera qarşısına keçən Ahu Tuğba "Tacsız Kraliça" ləqəbi ilə tanınırdı.
Oxşar xəbərlər
14 dövlətin kraliçası II Elizabet müharibədə də iştirak edibmiş... - Ülyahəzrət haqqında maraqlı faktlar
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet 96 yaşında vəfat edib. BAKU.WS xəbər verir ki, Elizabet Aleksandra Mariya Vindzor Böyük...