Tehran Ermənistan ordusunu döyüşə hazırlayacaq: İran PUA-ları sərhədimizdən məlumatları İrəvana ötürür? - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İran Ermənistana ali rütbəli hərbi müşavirlər göndərib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə İranın “Azad İran” “Telegram” kanalı Ermənistan KİV-nə istinadən məlumat yayıb.
Hərbi müşavirlər Ermənistan ordusunun döyüş hazırlığının yüksəldilməsi üçün bu ölkəyə göndərilib.
Yazıda həmçinin bir müddət əvvəl İrana məxsus PUA-ların Azərbaycan sərhədində uçuş həyata keçirməsi də xatırladılıb. Qeyd olunub ki, İran PUA-larının kəşfiyyat uçuşları təsadüfi deyil, məqsədyönlü xarakter daşıyır. Belə ki, bununla İran Naxçıvanda keçirilən təlimlər və Azərbaycan ordusunun Qarabağdakı bölmələrinin yerdəyişmələri barədə Ermənistana məlumat ötürür.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - YENİLƏNİB - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın...