Təbrizdə həbsxanada Azərbaycan bayrağına görə dava düşdü: Milli fəal yaralandı - FOTO
Təbriz həbsxanasında saxlanılan tanınmış idmançı və milli fəal Kərim İsmayılzadəyə hücum olub.
BAKU.WS xəbər verir ki, bu barədə azad İran teleqram kanalı məlumat yayıb.
Məlumata görə, milli fəala basqı etmək üçün onu ağır cinayətlər törətmiş məhkumlarla bir kameraya köçürüblər. Noyabrın 16-da zindanda üç məhbus Azərbaycan bayrağını təhqir edib və Kərim İsmayılzadəyə hücum ediblər.
Məcburi davaya cəlb olunan milli fəalın hücum edənlərdən ikisinə müqavimət göstərdiyi, üçüncü hücumçunun isə qaçdığı bildirilir.
Bundan sonra xüsusi təyinatlı dəstə bölməyə girib, yaralanan Kərim İsmayılzadə zindanın tibb məntəqəsinə aparıldıqdan sonra xüsusi bölməyə köçürülüb.
Qeyd edək ki, milli fəala qarşı irəli sürülən ittihamlardan biri də şəxsi avtomobilindən Azərbaycan bayrağını asmaqdır.
Hadisənin zindan rəhbərliyi və hökumət qüvvələri tərəfindən məqsədli şəkildə cinayətkar şəxslərin əli ilə törədildiyi bildirilir.
Oxşar xəbərlər
Güneyli fəallar Təbrizdə Azərbaycan bayrağını dalğalandırdılar - FOTO
Ötən gecə güneyli fəallar Təbrizdə Azərbaycan bayrağını dalğalandırıblar. BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb. Fotoda fə...