Təbriz-Bakı-Təbriz aviareysi bərpa oluna bilər

Azərbaycan və İran arasında Təbriz və Bakı arasında birbaşa aviareysin bərpası ilə bağlı imkanlar müzakirə edilir.
BAKU.WS xəbər verir ki, Şərqi Azərbaycan vilayətinin rəhbəri Bəhram Sərmast bu barədə İran KİV-inə açıqlama verib. O, aviareysin bərpasının iki ölkə arasında iqtisadi və turizm əlaqələrinin inkişafına böyük töhfə verəcəyini vurğulayıb.
Bundan əlavə, Sərmast, İran və Azərbaycan universitetləri arasında tələbə mübadiləsi ilə bağlı razılıq əldə edildiyini də qeyd edib. O, İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfəri zamanı sərhəd keçidinin sadələşdirilməsi və iki ölkə arasında tələbə mübadiləsi, eləcə də birgə elmi və texnoloji layihələrin həyata keçirilməsi məsələlərinin müzakirə olunduğunu bildirib.
Oxşar xəbərlər
Ceyhun Bayramov Gürcüstanda rəsmi səfərdədir
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb. BAKU.WS xəbər...