TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında bir sıra vacib sənədlər təsdiq edilib
Oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində bir sıra vacib sənədlər təsdiq edilib.
BAKU.WS xəbər verir ki, iclasda qəbul olunan sənədlər TDT-nin institusional əsaslarının möhkəmləndirilməsinə, üzv və müşahidəçi dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
İclasda aşağıdakı qərarlar qəbul olunub:
1. Türk Akademiyasının Prosedur Qaydalarının 1-ci və 4-cü maddələrinə düzəliş edilməsi haqqında Qərar;
2. Türkmənistana Türk Akademiyasında müşahidəçi statusunun verilməsi haqqında Qərar;
3. Türkmənistana Türk Mədəniyyəti və İrsi Fondunda müşahidəçi statusunun verilməsi haqqında Qərar;
4. TDT Katibliyinin 2026-cı il üzrə büdcəsinin təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə);
5. TDT Katibliyinin 2024-cü il üzrə maliyyə hesabatının təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə);
6. Türk Akademiyasının 2026-cı il üzrə büdcəsinin təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə);
7. Türk Mədəniyyəti və İrsi Fondunun 2026-cı il üzrə büdcəsinin təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə).
Oxşar xəbərlər
İran və Ermənistan rəsmiləri "Tramp marşrutu"nu müzakirə ediblər
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan iranlı həmkarı Məcid Taxt-Ravançi siyasi məsləhətləşmələr aparıblar. BAKU.WS "Azad İran" "Telegram" ka...