Tbilisinin mərkəzi meydanında polislə etirazçılar arasında qarşıdurma yaşanır - VİDEO

Tbilisinin mərkəzi meydanında polislə etirazçılar arasında qarşıdurma yaşanır - VİDEO
Siyasət 65

Tbilisinin mərkəzində polislə aksiya iştirakçıları arasında hazırda qarşıdurma yaşanır.

BAKU.WS Sputnik Gruzia-ya istinadən xəbər verir ki, Çiçanidze və Zubalaşvili küçəklərionin kəsişmələrini bağlayan etirazçılar güc strukturları əməkdaşlarına şüşə qablar atmağa başlayıblar.

Gürcüstan DİN qüvvələri yerli vaxtla 05:00-də meydana cəlb olunublar. Onların etirazçılara dağılışmaq haqqında müraciətləri nəticəsiz qalıb və səhər saatlarından etibarən qarşıdurmalar yaşanmağa başlayıb.

Hələ ki, etirazçılardan bir nəfərinin saxlanılması haqqında məlumat var.

Qeyd edək ki, yerli vaxtla 09:00 hüququ məsələləri üzrə Dövlət Komitəsində mübahisəli qanun layihəsinin müzakirəsi başlayacaq. Etirazçıların prosesin dayandırılmasını tələb edirlər.

Son xəbərlər