Tbilisi meri: "Gürcüstan Ukraynanın səhvlərini təkrarlamaq istəmir"

Tbilisi meri: Gürcüstan Ukraynanın səhvlərini təkrarlamaq istəmir
Siyasət 77

Gürcüstan sakinləri hazırda Ukraynada baş verənlərin respublikada təkrarlanmasını istəmirlər.

Bunu jurnalistlərə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.

"Hamı sülh istəyir. Kim istəyər ki, başına bombalar yağsın, Ukraynada baş verənlər təkrarlansın? Biz müharibənin nə olduğunu bilirik. Bizim emosional davranmaq və tələsik qərar verərək səhv etmək kimi bir şansımız yoxdur. Gələcək nəsillər bizə bunu bağışlamayacaq" - deyə Kaladze əlavə edib.

Kaladze vurğulayıb ki, “Gürcü Arzusu” ölkədə sülhü və iqtisadi inkişafı qorumaq istəyən yeganə siyasi qüvvədir: "İnsanlar hələ də mövcud olan təhlükələri görürlər. Sanksiyalar və "ikinci cəbhə"nin açılması üçün bu gün mövcud olan ictimai dəstək təsadüfi deyil".

Son xəbərlər