Tbilisi meri Bakını gəzib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın paytaxtı Tbilisinin meri Kaxa Kaladzenin rəhbərliyi ilə Tbilisi şəhərinin nümayəndə heyəti Bakıya gəlib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, paytaxtı gəzən Kaxa Kaladze və qonaqlar Bakının çox təmiz olduğunu vurğulayıb.
Mer kommunal xidmətlər tərəfindən bu sahəyə xüsusi diqqət göstərildiyinin hiss olunduğunu qeyd edib.
O, mürəkkəb landşafta malik şəhərdə aparılan uğurlu yaşıllaşdırma işlərini xüsusi vurğulayıb və bu işlərin yalnız ciddi qulluq sayəsində mümkün olduğunu bildirib.
Qonaqlar Bakı şəhərinin bir sira görməli yerlərini gəzib, Heydər Əliyev Mərkəzində olublar.
Qalereya
Oxşar xəbərlər
Tbilisi meri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib - FOTO
Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. BAKU.WS Trend-ə istinadən xəbər verir ki,...