Tatyana Valovaya Azərbaycanın QH-dəki fəaliyyətini yüksək qiymətləndirib
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində fəaliyyətini yüksək qiymətləndirirəm”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu BMT-nin Cenevrə ofisinin Baş direktoru Tatyana Valovaya Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Bakıda “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusunda keçirilən Nazirlər iclasında deyib.
“Qoşulmama Hərəkatına uğurlu sədrlik etdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm, təşkilatın prinsip və normalarının yerinə yetirilməsində ölkənin rolunu və fəaliyyətini yüksək qiymətləndirirəm”, - o vurğulayıb.
O, həmçinin Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın koronavirus pandemiyası ilə mübarizəyə verdiyi töhfəni qeyd edib.
Tatyana Valovaya əlavə edib ki, dünya münaqişələrdən, iqlim problemlərindən, qeyri-sabit iqtisadiyyatdan və bəşəriyyət üçün təhlükə yaradan digər problemlərdən əziyyət çəkir: “Qoşulmama Hərəkatının fəaliyyəti isə kataklizmlərə qarşı mübarizəyə töhfə verir”.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...