Tanınmış müğənni ilə bağlı ŞOK İDDİA: "Narkotik satır" - FOTO
Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşlarının evində əməliyat apardığı müğənni Kalbenlə bağlı yeni iddialar ortaya çıxıb.
BAKU.WS xəbər verir ki, polisə sənətçinin narkotikdən istifadə etdiyini deyən şəxs onun sənət aləmindən olan bir çox həmkarına narkotik satdığını bildirib.
Kalben onlara narkotiki menecerləri vasitəsilə satıb. İfaçı haqqında olan bütün bu iddiaları rədd edib. O heç bir halda narkotiki satmadığını, sadəcə istifadə etdiyini deyib.
Kalben narkotik aslılığından əziyyət çəkdiyini, buna görə də müalicələr aldığını bildirib.
Məşhur müğənni telefon şifrini polisə verib ki, yoxlanılsın. O, xaricdə yaşayan dostu tərəfindən narkotik qəbul edərkən çəkilən videosu ilə şantaj olunub. İctimaiyyətə isə narkotik satıcısı kimi təqdim olunub.
Xatırladaq ki, bir müddət əvvəl polis Kalbenin evində apardığı axtarışlar zamanı 2 000 avro, 730 dollar və 1 500 Türkiyə lirəsi və ağırlığı 15 qram olan "skunk" tipli narkotik vasitə ələ keçirib.
Həmçinin Kalbenin evində oyuncaq maşının içində narkotik maddə tapılıb. Müğənni məhkəmə nəzarəti altındadır və onun xaricə çıxışına qadağa qoyulub.
Qalereya
Oxşar xəbərlər
Narkotikdən tutulan və azadlığa buraxılan müğənnidən İLK AÇIQLAMA - VİDEO
Şərti azadlığa buraxılan müğənni Kalben Sağdıç ilk dəfə bu barədə danışıb. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi video yayaraq səhhətinin yax...