Tanınmış bəstəkar 71 yaşında vəfat etdi

Tanınmış bəstəkar 71 yaşında vəfat etdi
Siyasət 141

Yapon bəstəkarı Ryuiti Sakamoto 71 yaşında xərçəng xəstəliyindən vəfat edib.

BAKU.WS "gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə "Kyodo News" nəşriyyatı məlumat yayıb.

2022-ci ilin iyununda mətbuatda bəstəkara qorxunc diaqnoz qoyulduğu barədə xəbərlər yayılmışdı.

Xərçəng hər iki ağciyərə metastaz vermişdi.

Sakamoto 1980-ci illərdə Bernardo Bertoluççinin "Sonuncu imperator" filminin bəstəkarı kimi şöhrət qazanıb.

1988-ci ildə Sakamoto Ən Yaxşı Orijinal Saundtrek nominasiyasında "Oskar" qazanan ilk yaponiyalı olub.

Son xəbərlər