İtaliyanın Lombardiya regionunun prezidenti koronavirusa görə karantinə alındı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyanın Lombardiya regionunun prezidenti Attilio Fontana koronavirusla bağlı iki həftə karantində qalacaq. Səbəb onun köməkçisinin ölümcül virus “COVID-19”a yoluxmasıdır.
BAKU.WS ria.ru-ya istinadən xəbər verir ki, bu barədə A.Fontana ictimaiyyətə açıqlama verib:
“Təəssüf ki, onun analizlərinin cavabı pozitiv çıxdı. Buna görə də eyni komandada olan mən və bütün komandam testdən keçdik. Nəticələr bəlli olub. Yaxşı xəbər budur ki, mən və komandanın digər üzvləri hələ heç bir infeksiyaya yoluxmamışıq”.
Qeyd edək ki, İtaliyada 453 yoluxma halı müəyyən edilib, 12 nəfər ölüb.
Oxşar xəbərlər
Dünyada koronavirus vahiməsi: Boş piştaxtalar, kütləvi qırılan heyvanlar - VİDEO
Çində yaranan və sürətlə dünyaya yayılan koronavirus epidemiyası bu günə kimi 2804 insanın həyatına son qoyub. BAKU.WS xəbər verir ki, dəhşətli virusdan ölənlər...