İtaliyada yol polisinin təqibindən qaçan sürücü qəza törədib, ölənlər var
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyanın şimal-qərbindəki Alessandriya əyalətində yol polisinin təqibindən qaçmağa çalışan "Peugeot" markalı avtomobilin sürücüsü qəza törədib, nəticədə üç nəfər ölüb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Kantalupo kommunası yaxınlığında baş verib.
Məlumata görə, 22 yaşlı oğlanın idarə etdiyi avtomobillə sürət həddini aşıb. Karabinerlər avtomobili saxlamağa çalışsalar da, sürücü hərəkətə davam edib. Nəticədə idarəetməni itirərək yol sədlərinə çırpılıb.
Daha 4 nəfər, o cümlədən sürücü xəstəxanaya yerləşdirilib.
İlkin versiyaya görə, sərxoş vəziyyətdə olan 22 yaşlı sürücü barəsində cinayət işi açılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İtaliyada azyaşlı azərbaycanlı miqrant xilas edilib - FOTO
İtaliyada azyaşlı azərbaycanlı miqrant xilas edilib. Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir. Məlumata görə, hadisə Salento kommunası sahillərin...