İtaliyada SEL CAN ALDI: 8 nəfər öldü, 10 000 sakin təxliyə edildi - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyada yağan güclü yağışlar nəticəsində ölkəni sel basıb.
BAKU.WS "BBC news"a istinadən xəbər verir ki, təbii fəlakətdən ən çox İtaliyanın şimal ərazisi, Bolonya və Modena kimi şəhərlərin yerləşdiyi Emiliya-Romanya bölgəsi ziyan çəkib.
Məlumata görə, 8 sakin həyatını itirib, bir neçə nəfər itkin düşüb, 10 000 vətəndaş isə yaşadığı ərazidən təhlükəsiz yerlərə təxliyə edilib, güclü yağışlardan sonra 14 çay daşıb və 23 şəhəri su basıb.
Mülki müdafiə naziri Nello Muzumeçi bəzi ərazilərdə 36 saat ərzində yarımillik yağıntı norması düşdüyünü və bir neçə çayın öz məcrasından çıxdığını bildirib.
Ravenna Bələdiyyə Başçısı isə şəhərin indi tanınmaz vəziyyətdə olduğunu deyib. Güclü yağışların təkrarlana biləcəyi barədə ölkə əhalisinə xəbərdarlıq edilib.
BAKU.WS İtaliyadan həmin görüntüləri təqdim edir:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...