İtaliyada koronavirusa yoluxanların sayı azalır

İtaliyada koronavirusa yoluxanların sayı azalır
Siyasət 117

İtaliyada son sutka ərzində koronavirusa yoluxanların sayı 1739 nəfər artaraq ümumilikdə ölkə üzrə 199414-ə çatıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Mülki Müdafiə Xidmətinin rəhbəri Angelo Borrelli brifinqdə bildirib.

O qeyd edib ki, bu, martın 10-dan (977 yoluxma halı) bəri qeydə alınan ən aşağı göstəricidir: “Bir gün əvvəl 1797 yoluxma hadisəsi qeydə alınmışdı. Son məlumatlar reanimasiya şöbələrində və xəstəxanaya yerləşdirilən xəstələrin sayının azaldığını göstərir”.

Borrelli əlavə edib ki, hazırda xəstəxanalarda 1019 xəstə var, 53 xəstə isə reanimasiyadan buraxılıb.

Qeyd edək ki, worldometers.info-nun məlumatına görə, İtaliyada son sutkada ölənlərin sayı 333 nəfər olub.

Son xəbərlər