İtaliya Senatının sədri: “Ukrayna məsələsinin sülh yolu ilə həllində Çin də iştirak etməlidir”
İtaliya Parlamentinin Yuxarı Palatasının (Senat) sədri Maria Elizabetta Alberti Kasellati hesab edir ki, Ukrayna böhranının həllinə beynəlxalq səviyyədə böyük dövlətlərin iştirakı ilə nail olunmalıdır.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Maria Elizabetta Alberti Kasellati “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.
“Biz müxtəlif sahələri əhatə edən, idarəçilik arxitekturasını beynəlxalq səviyyədə dəyişdirən münaqişə ilə üzləşmişik. Ona görə də beynəlxalq səviyyədə təkcə Rusiya və Ukraynanı deyil, həm də ABŞ, Çin və xüsusilə Avropa İttifaqı kimi bütün aparıcı gücləri, bütün aparıcı dövlətləri danışıqlar masası arxasında bir araya gətirərək, onun həlli yollarını axtarmaq lazımdır”-deyə, o bildirib.
Bununla yanaşı, Kasellati hesab edir ki, Aİ başqalarının arxasınca getməməli, onun rolunun əhəmiyyətini azaldan parçalanmalara və etibarsızlıqlara qalib gələrək, xarici siyasətdə və müdafiədə öz muxtariyyətini nümayiş etdirməlidir.
Oxşar xəbərlər
İtaliya baş naziri: “Putinə zəng etməyin heç bir mənası yoxdur, çünki o...”
“Rusiya prezidenti Vladimir Putinə zəng etməyin heç bir mənası yoxdur. Çünki o, uktraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar aparmaq istəmir və sülh axt...