Talış kəndindəki tam orta məktəbdə ilk zəng çalınıb, uşaq bağçasında tədrisə başlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Tərtər rayonunun erməni işğalından azad edilmiş Talış kəndindəki tam orta məktəbdə uzun illərdən sonra martın 27-də ilk zəng çalınıb. Belə ki, məktəbdə ilk dərs gününün açılışı baş tutub".
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov deyib.
O bildirib ki, Talış kəndindəki uşaq bağçasında da bu gündən tədrisə başlanılıb: "Ümumilikdə 78 şagird yerlik məktəbdə müxtəlif yaş qruplarından olan 24 şagird təhsilə cəlb edilib. Biz 15 nəfərlik müəllim kollektivi ilə tədris prosesini icra etməkdəyik".
Qeyd edək ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndində olarkən tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar.
Oxşar xəbərlər
Talış kəndindən reportaj: Böyük Qayıdışın növbəti ünvanı - FOTO
Vətən müharibəsindən ötən 2 il yarımlıq qısa dövr ərzində Qarabağ və Şərqi Zəngəzur əraziləri tikinti, quruculuq, abadlıq meydanına çevrilib. Xalqımız 2020-ci i...