"Taliban"dan qadınlarla bağlı daha bir qadağa
Yeniliklərdən dərhal xəbərdar olun
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatı Bəlx əyalətində qadınların kişi həkimlərin yanına getməsini qadağan edib.
BAKU.WS-in "Haber Global"a istinadən məlumatına görə, kişi həkimlərə qadın xəstələri, qadın həkimlərə isə kişi xəstələri qəbul etməmək göstərişi verilib.
Bildirilir ki, qadağaya görə, kişi xəstələr kişi həkimlərin, qadın xəstələr isə qadın həkimlərin qəbuluna yazılmalıdır. Kişilərin qadın xəstələrin olduğu otaqlara daxil olması qəti qadağandır.
Xatırladaq ki, daha əvvəl Əfqanıstanda qadın işçilərin ölkə universitetlərinə girişinə qadağa qoyulmuşdu.
Oxşar xəbərlər
"Taliban" bu dəfə kişilərlə bağlı qadağa qoydu
Əfqanıstanda hakimiyyəti ələ alan radikal “Taliban” hərəkatı əfqan kişilərinə saqqallarını qırxmağı və bərbərxanalara getməyi qadağan edib. “Taliban” bu qərarı...