Taliban Əfqanıstandan dollar və tarixi əşyaların çıxarılmasına qadağa qoydu

Taliban Əfqanıstandan dollar və tarixi əşyaların çıxarılmasına qadağa qoydu
Siyasət 154

Taliban hərəkatı Əfqanıstanın bütün vətəndaşlarına xaricə dollar və tarixi əşyaların aparılmasını qadağan edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə qruplaşmanın tvitter hesabında məlumat yayılıb.

"Bütün vətəndaşlara bildiririk ki, dollar və əntiq əşyaların qaçaqmalçılıq və ya ölkədən hər hansı bir bəhanə ilə quru və ya hava yolu ilə çıxarılması qəti qadağandır", - məlumatda deyilir.

Taliban bildirib ki, əgər bu şeylər kiminsə üzərində tapılarsa, dərhal müsadirə ediləcək və sahibləri cəzalandırılacaq.

Son xəbərlər