Taleh Kazımov kollektivə təqdim olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Azərbaycan Mərkəzi Bankının (AMB) yeni sədri təyin edilmiş Taleh Kazımov kollektivə təqdim olunub.
BAKU.WS xəbər verir ki, bu barədə AMB-dən bildirilib.
Məlumata görə, onu kollektivə dövlət başçısının köməkçisi, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov təqdim edib.
T.Kazımov ona göstərilən yüksək etimada görə təşəkkür edib, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, dayanıqlı iqtisadi inkişafı dəstəkləyən pul siyasətinin həyata keçirilməsi, maliyyə-bank sisteminin inkişafı, elektron ödəniş eko-sisteminin daha da gücləndirilməsi, nağd pul tədavülünün keyfiyyətinin davamlı yüksəldilməsi və digər istiqamətlərdə qarşıya qoyulan hədəflərin layiqincə yerinə yetirilməsi, aparılan islahatların daha da dərinləşdirilməsi və hər bir vətəndaşın keyfiyyətli maliyyə, o cümlədən bank, kapital bazarları və sığorta xidmətlərilə əhatə olunması vəzifələrinin layiqli şəkildə icrasının təmin ediləcəyini diqqətə çatdırıb.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...