Taksimdə Respublika gününə həsr olunan fləşmob keçirildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İstanbulun Taksim meydanında Respublika gününə həsr olunan fləşmob keçirilib.
BAKU.WS "Azxəbər"ə istinadən xəbər verir ki, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) İstanbulun mərkəzində, Taksim meydanında 28 may - Respublika günü münasibətilə bayraq fləşmobu keçirib.
Türkiyə vətəndaşları və xarici turistlərə Azərbaycan bayrağı hədiyyə edililib.
Həmçinin, Taksim meydanında Respublika Gününə həsr edilmiş stenddə tarix və mədəniyyətimizi tərənnüm edən müxtəlif əyani vəsaitlər sərgilənib, tarixi və mədəni irsimiz, Azərbaycan həqiqətləri, Vətən müharibəsindəki qələbəmiz təbliğ olunub.
Stend ziyarətçilərinin sualları cavablandırılıb.
Qalereya
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...