İsveçrədə SOCAR-ın 200-cü yanacaq doldurma məntəqəsi işə başladı - FOTO
İsveçrədə SOCAR-ın 200-cü yanacaq doldurma məntəqəsi fəaliyyətə başlayıb.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə “SOCAR Enerji İsveçrə” məlumat yayıb.
Ötən həftə ərzində İsveç ərazisində üç yeni yanacaq doldurma məntəqəsi fəaliyyətə başlayıb. Bildirilib ki, bununla da şirkət sıx yanacaq doldurma məntəqələri şəbəkəsinə gedən yolda böyük bir mərhələyə qədəm qoyub.
Bu ölkədə “SOCAR Stalvedro”, “SOCAR Meiringen” və “SOCAR Innertkirchen” adlı fərqli bölgələrdə yanacaq doldurma məntəqələrinin fəaliyyətinə start verilib.
Qeyd edək ki, SOCAR İsveçrədəki fəaliyyətini “SOCAR Trading” və “SOCAR Enerji İsveçrə” şirkətləri vasitəsilə həyata keçirir. 2019-cu ildə ölkədə dörd yanacaq doldurma məntəqəsi fəaliyyətə başlayıb. İl ərzində yanacaq doldurma məntəqələrinin ümumi sayı 191-ə çatdırılıb.
Qalereya
Oxşar xəbərlər
Belarus Rusiyanın “Vaqner” qrupunun 32 döyüşçüsünü saxladı - SİYAHI
Dünən gecə Minsk yaxınlığında Belarusun hüquq-mühafizə orqanlarının əməkdaşları "Vaqner" xarici özəl hərbi şirkətin 32 hərbçisini saxlayıb. BAKU.WS xəbər verir...