İsveçrə Belarusun 27 vətəndaşına qarşı sanksiyalar tətbiq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
İsveçrə hakimiyyəti 27 Belarus vətəndaşını, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşlarını, hakimləri və jurnalistləri sanksiya siyahısına daxil edib.
Bu barədə ölkənin İqtisadiyyat üzrə Dövlət Katibliyinin saytında dərc olunmuş sənəddə bildirilir.
Məhdudlaşdırıcı tədbirlər Belarusun "BelTA" informasiya agentliyinin baş direktoru İrina Akuloviç, Belarus Daxili İşlər Nazirliyinin Cinayətkarlıq və Korrupsiya ilə Mübarizə Baş İdarəsinin rəisi Andrey Ananenko və onun iki müavini, eləcə də digər hüquq-mühafizə orqanlarının əməkdaşları, islah müəssisələrinin rəhbərləri və hakimlərə qarşı tətbiq olunub.
Sanksiyalar İsveçrəyə səfər qadağası, ölkədə bank xidmətlərindən istifadə qadağası və əgər varsa, onların aktivlərinin dondurulmasını nəzərdə tutur.
Oxşar xəbərlər
Böyük Britaniya Belarusun müdafiə sənayesinə qarşı sanksiyalar tətbiq etdi
Böyük Britaniya Belarusa qarşı sanksiya siyahısını genişləndirib. Birləşmiş Krallıq Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir. Xüsusilə, sanksiyalar Bela...