Böyük Britaniya Belarusun müdafiə sənayesinə qarşı sanksiyalar tətbiq etdi

Böyük Britaniya Belarusun müdafiə sənayesinə qarşı sanksiyalar tətbiq etdi
Siyasət 21

Böyük Britaniya Belarusa qarşı sanksiya siyahısını genişləndirib.

Birləşmiş Krallıq Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Xüsusilə, sanksiyalar Belarusun müdafiə-sənaye kompleksi və ölkənin bəzi cəza koloniyalarının rəhbərlərinə qarşı tətbiq edilib.

Məhdudlaşdırıcı tədbirlər Elektron Kompüterlər Elmi-Tədqiqat İnstitutuna və StankoGomel və Ruxservomotor müəssisələrinə şamil olunub.

Bundan əlavə, islah koloniyalarının rəhbərləri Denis Tolstenkov, Andrey Palçik, Filip Şturçanoka və Aleksey Lazarenkoya qarşı ölkəyə girişin qadağan edilməsi və aktivlərin aşkar ediləcəyi təqdirdə onların dondurulmasını nəzərdə tutan sanksiyalar tətbiq edilib.

Son xəbərlər