İsveçli səyahətçilər Xudafərin körpüsünü ziyarət ediblər - YENİLƏNİB - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İsveçli səyahətçilər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər çərçivəsində Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsündə olublar.
BAKU.WS report-a istinadən xəbər verir ki, onlara Xudafərin körpüsünün tarixi haqqında məlumat verilib.
Bələdçi bu körpünün Azərbaycan və İranı birləşdirdiyini, həmçinin bir vaxtlar Böyük İpək Yolunda əsas rol oynadığını bildirib.
Qeyd edək ki, İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyəti Qarabağ və Şərqi Zəngəzura üçgünlük səfər edib.
Nümayəndə heyəti Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, eləcə də torpaqlarımız işğaldan azad edildikdən sonra burada aparılan böyük quruculuq işləri ilə tanış olub.
Xatırladaq ki, “Club 100” təşkilatının heyəti üçgünlük səfər çərçivəsində Füzuli, Horadiz, Ağdam, Laçın, Zəngilan və Cəbrayıl rayonlarında olub.
***09:31
“Club 100” təşkilatının 30-dan çox səyahətçidən ibarət nümayəndə heyəti bu gün Zəngilan rayonuna gəlib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu gün onların işğaldan azad edilmiş ərazilərdə son günüdür.
Qonaqlara Ağalı kəndi göstərilib, bu ərazilərin bərpası istiqamətində görülən işlərdən danışılıb.
Xatırladaq ki, mayın 11-də İsveçdən olan tanınmış səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyəti üç günlük səfər zamanı Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, eləcə də torpaqlarımız işğaldan azad edildikdən sonra burada aparılan böyük quruculuq işləri ilə tanış olurlar.
Onlar artıq Füzuli, Ağdam və Laçın rayonlarına səfər ediblər.
Qalereya
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...