Süveyş kanalında hərəkət bərpa olundu

Süveyş kanalında hərəkət bərpa olundu
Siyasət 140

Süveyş kanalının dayaz yerində ilişib qalmış “Ever Given” konteyner gəmisi saydan çıxarılıb və kanalda hərəkət bərpa olunub.

BAKU.WS xəbər verir ki, bu barədə ictimaiyyəti Misir prezidenti Əbdülfəttah əs-Sisi məlumatlandırıb.

Qeyd edək ki, martın 23-də saya oturmuş gəminin saydan çıxarılması əməliyyatı gecə-gündüz davam edib, dərinləşdirmə işləri aparılıb, daha sonra 15-dən çox yedək gəmisi işə qoşulub. Gəmini bazar ertəsinə keçən gecə saydan çıxarmaq mümkün olub.

Uzunluğu 400 metr olan “Ever Given” yük gəmisinin yükgötürmə qabiliyyəti 224 min ton olub. Gəmi Çindən Niderlanda doğru hərəkət edərkən kanalın 151-ci kilometrliyində saya oturmuşdu.

Son xəbərlər