"Survivor"da dava düşdü: "Sizə travma yaşadacağam" - FOTO
Reytinqli layihələrdən olan "Survivor All Star 2024"da növbəti dəfə gərginlik yaşanıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, iştirakçılar Hakan və Turabi dava ediblər. Bundan sonra yarışa qısamüddət ara verilib. Dava zamanı digər iştirakçı Seda da komando yoldaşlarına sərt reaksiya verib.
"Səs-küy salırlar. Bundan sonra hamınıza qarşı sərt olacağam. Siz oyunu oynayan zaman "Bacarmır" deyə qışqıracağam. Sizə də travma yaşadacağam. Xüsusilə də bunu sən yarışanda edəcəyəm, Turabi" - deyə Seda bildirib.
Bundan sonra Acun Ilıcalı dava edən hər iki iştirakçıya kəskin xəbərdarlıq edib:
"Sizdən gözlədiyimiz odur ki, belə bir oyunda, belə bir qarışıqlıq varsa, o oyunu bitirəsiniz. Başqalarının bizim etdiklərimizi etdiyini görüb narahat olmaq lazım deyilmi?".
Qalereya
Oxşar xəbərlər
Dominikan polisi "Survivor All Star 2024"də ƏMƏLİYYAT KEÇİRDİ - FOTO/VİDEO
Dominikan polisi "Survivor All Star 2024" yarışmasına basqın edərək orada əməliyyat keçirib. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə yarışman...