Suriyalı qaçqınlar üçün Türkiyəyə ayrılan 3 milyard avroya icazə verildi
06
noy
2019
16:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
24 iyunda Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) Zirvə görüşündə suriyalı qaçqınlar üçün Türkiyəyə 3 milyard avro yardım ayrılmışdı.BAKU.WS “Euronews”a istinadən xəbər verir ki, buna baxmayaraq maliyyə yardımı Türkiyəyə çatmayıb. Çünki İtaliya Avropa İttifaqının Afrika Fonduna da maliyyə yardımı edilməsini tələb edirdi.Avropa İttifaqı bunu qarşılamadığı üçün İtaliya Türkiyəyə ayrılan maliyyə yardımına müvəqqəti olaraq veto qoymuşdu.Nəhayət Aİ Afrikaya 500 milyon avro maliyyə yardımı ayıraraq İtaliyanın Türkiyəyə qoyduğu vetonu da aradan qaldırıb.3 milyardlıq yardımın yaxın zamanlarda Türkiyəyə veriləcəyi gözlənilir.
Oxşar xəbərlər
Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv edib
ABŞ Suriyanın şimalında "Barış bulağı" əməliyyatına başlaması ilə əlaqədar Türkiyəyə qarşı bu il oktyabrın 14-də elan etdiyi sanksiyaları ləğv edib.Bu barədə AB...