Krakov şəhəri Avropa Oyunlarına ev sahibliyindən imtina etmək istəyir
08
iyl
2019
16:54
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
2023-cü ildə III Avropa Oyunlarının keçiriləcəyi məkan olaraq seçilən Polşa ev sahibi olmaqdan imtina etməyə hazırlaşır.BAKU.WS krakowpost.com-a istinadən xəbər verir ki, buna səbəb kimi isə Krakov şəhərində idman infrastrukturlarının tikilməsinə böyük maliyyə vəsait tələb edilməsi göstərilib.Şəhər Bələdiyyəsinin sədri Yaçek Mayçrovski bildirib ki, hökumətdən maliyyə dəstəyi almadan Avropa Oyunlarını təşkil etmək mümkün deyil. O deyib ki, maliyyə dəstəyi ala bilməsələr, ev sahibliyindən imtina edə bilərlər.Qeyd edək ki, I Avropa Oyunları Bakıda, ikincisi Minskdə keçirilib. II Avropa Oyunlarının Polşanın Krakovda keçirilməsi barədə qərar isə 22 iyunda verilib.
Oxşar xəbərlər
Finalda məğlub olan Rafael Ağayev hönkür-hönkür ağladı - VİDEO
Ötən gün “Minsk 2019” ikinci Avropa Oyunlarında Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) finalda ukraynalı Stanislav Horuna məğlub olub.BAKU.WS xəbər verir k...