Suqovuşan uğrunda şəhid olan müəllim
Yeniliklərdən dərhal xəbərdar olun
Fiziki tərbiyə müəllimi Vüqar Vəliyev də Vətən müharibəsində şəhid olub. BAKU.WS xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
V.Vəliyev Ağdam rayonu 18 nömrəli köçkün tam orta məktəbində çalışıb. Vətən müharibəsinə könüllü yollanan Vüqar müəllim Suqovuşanda gedən döyüşlərdə şəhid olub.
“O, ötən il müəllimlərin işə qəbulu müsabiqəsində uğur əldə edərək sözügedən məktəbdə pedaqoji fəaliyyətə başlamışdı. Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir”, - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində olublar - TAM MƏTN
Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad...