Sulara qərq olmuş Orenburq səmadan belə görünür - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada son vaxtlar daşqınlardan ən çox zərər görən Orenburq vilayətinin səmadan çəkilmiş görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı paylaşım edib.
Bildirilib ki, bu gün Dubki mikrorayonunun şəhərin qalan hissəsi ilə əlaqəsi tamamilə kəsilib. Bəzi sakinlər dünən özbaşına avtomobilləri ilə təxliyə edilib, qalanları isə polis və xilasedicilər tərəfindən çıxarılır.
İndi Orenburqda Uralın səviyyəsi 11 metr 85 santimetrdir. Bu, sonuncu dəfə 1942-ci ildə qeydə alınıb.
Yerli administrasiya sakinləri su basmış əraziləri vaxtında tərk etməyə çağırıb və nəqliyyatla təmin edib. Həmçinin sakinlər yataq yerləri, dərmanlar və qida ilə təmin olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...