Stoltenberq NATO-nun hərbi planlarının praktiki icrasına başladığını elan edib
NATO yeni hərbi planlarının praktiki icrasına, o cümlədən Rusiya sərhədləri boyunca qüvvələrini yerləşdirməyə və komandanlıq strukturlarını uyğunlaşdırmağa başlayır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin görüşündən sonra bildirib.
“NATO-nun müdafiə nazirləri müdafiəmizin gücləndirilməsi istiqamətində irəliləyişi müzakirə etdilər. 2023-cü ilin iyulunda Vilnüs sammitində biz soyuq müharibənin bitməsindən bəri ən geniş müdafiə planlarını təsdiqlədik.
İndi növbəti addımları atırıq - yerləşdirmə üçün qüvvələri müəyyənləşdiririk, yeni hərbi imkanlar yaradırıq, komanda və nəzarət sistemimizi uyğunlaşdırırıq”, - o deyib.
NATO-nun yeni hərbi planlarına görə, alyans təqribən 300 min nəfərlik qrupun daimi hazırlıq vəziyyətində olmasını, eləcə də Rusiya sərhədləri yaxınlığında dislokasiya olunmuş 8 ön briqadaya sahib olmaq, döyüş sursatları, texnika və ağır silahlar üçün anbarlar hazırlamaq istəyir.
Bundan əlavə, alyans NATO-nun şərq cinahına, o cümlədən ABŞ və Kanadadan əlavə qüvvələrin sürətlə göndərilməsi üçün logistikanı təkmilləşdirir.
Oxşar xəbərlər
Stoltenberq: “NATO üzvləri Vilnüsdə Ukrayna ilə bağlı vahid mövqe nümayiş etdirəcəklər”
NATO-ya üzv dövlətlər alyansın Vilnüsdə keçiriləcək sammitində Ukraynanın hərbi-siyasi bloka daxil olması perspektivləri ilə bağlı vahid mövqedən çıxış edəcəklə...