İstirahət mərkəzindəki yanğın 4 saat sonra söndürüldü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Antaliyanın kotecləri ilə məşhur "Olimpos" istirahət bölgəsindən yanğın olub.
BAKU.WS xəbər verir ki, gecə saat 03:00 radələrində başlayan yanğın 4 saat davam edib.
Hadisə yerinə Büyükşehir bələdiyyəsinin yanğınsöndürən briqadası cəlb edilib.
200 çarpayıdan ibarət turizm mərkəzindəki yanğın səhər saatlarında məhdudlaşdırılıb. Ərazidəki turistlər təxliyə edilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, bilinmir.
Koteclərin yaşıllıqla əhatə olunduğu mərkəzdə yanğından sonra ürəkağrıdan mənzərə yaranıb.
Xatırladaq ki, burada ilk yanğın 2007-ci ilin fevralında baş verib. Həmin vaxt alov saatlarla davam edib və istirahət mərkəzi tamamilə kül olub.
Toros dağlarının ətəyində yerləşən turizm mərkəzi xarici turistlərin ən çox üz tutduğu məkanlardan biridir.
Qalereya
Oxşar xəbərlər
Munkun məşhur “Qışqırığ”ını eşidəcəyiniz muzeydən REPORTAJ - FOTO
Osloda tarixi ictimai yerlər çoxluq təşkil etməsə də, şəhər muzeylər və mədəni tədbirlərin təşkil edildiyi məkanlarla zəngindir. Buradakı muzeylərdə Norveç mifo...