İstanbulda məşhur köşkdən 130 milyonluq oğurluq edildi - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonundakı Memduh Paşa Köşkündə planlı şəkildə oğurluq hadisəsi baş verib.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə bazar günü yerli vaxtla saat 03.30 radələrində qeydə alınıb.
İddiaya görə, təxminən 1,5 il əvvəl malikanədə yerləşən tikinti şirkətində xüsusi mühafizəçi kimi işə başlayan Ahmet gecə saatlarında həyəcanı siqnalını söndürdükdən sonra maskalı və qara paltarlı 4 nəfəri içəri buraxıb.
Oğrular boz rəngli yük maşını ilə malikanənin qarşısına keçib, daha sonra içəridəki dörd seyfin qapılarını sındırıblar. Daha sonra seyflərdəki 3 kisəyə doldurduqları təxminən 130 milyon lirəni oğurlayan qaçıblar.
Səhər saatlarında malikanəyə gələn iş yeri sahibi Ü.Ümit adlı şəxs polisə xəbər verib.
Qısa müddətdə gələn qruplar malikanədə olan kamera görüntülərini araşdırıb. Araşdırmalar nəticəsində araşdırılan kamera görüntülərinəə görə, İstanbul və Tekirdağda 10 şübhəli saxlanılıb.
Görüntülərdə aydın olur ki, oğurluqdan sonra pulu çantalara qoyan Ahmet Yıldız və Serdar Canpolat taksiyə minərək uzaqlaşmağa çalışırlar.
Qaçaq şübhəlilər taksini saxlaya bilmədikləri üçün təhlükəsizlik kamerasının bucağından gözdən itiblər.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...