İstanbulda güclü zəlzələ oldu - FOTO - YENİLƏNİB

“Zəlzələ nəticəsində İstanbulda hansısa itki və dağıntı olmayıb”.
BAKU. WS xəbər verir ki, bunu şəhərin valisi Davut Gül deyib.
Onun sözlərinə görə, müvafiq qurumlar prosesə cəlb olunub: “Hələ ki bizdə hansısa neqativ nəticə barədə məlumat yoxdur”.
***11:5
Türkiyənin İstanbul şəhərində zəlzələ baş verib.
BAKU. WS xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Mərmərə dənizində 5,1 bal gücündə qeydə alınıb.
Zəlzələ İstanbul, Bursa və Tekirdağ başda olmaqla bir çox rayonda hiss olunub.
Qeyd edək ki, zəlzələnin episentri Gemlik, maqnitudası 4,8 km olub.
Dağıntılar və tələfat barədə məlumat yoxdur.
Qalereya

Oxşar xəbərlər
Alman alimlərdən qorxunc açıqlama - Bu ərazidə 7.4 bal gücündə zəlzələ olacaq
Alman Yer Elmləri Araşdırma Mərkəzinin (GFZ) mütəxəssisləri apardıqları araşdırmalar nəticəsində Mərmərə dənizində 7,4 bal gücündə zəlzələnin baş verə biləcəyin...