İstanbulda çörək bahalaşdı

İstanbulda çörəyin yeni qiymət bahalaşıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Ticarət Palatasına (İTO) bağlı çörəkbişirmə sexlərində qiymətlər dəyişib.
İTO-nun noyabr ayı şura iclasında Maksimum Çörək Qiyməti Tarifinə əsasən, 200 qram çörəyin qiyməti 8 lirə olub.
Məlumata görə, İTO-nun noyabr ayı şura iclasında İstanbulda İTO-ya üzv olan çörəkbişirmə müəssisələrinin çörək qiymət tariflərinin müəyyən edilməsi üçün səsvermə keçirilib.
Səsvermə nəticəsində Maksimum Çörək Qiyməti Tarifi belə hazırlanmışdır: "İstanbulda 1 kiloqram çörəyin qiyməti maksimum 40 lirəni keçməmək şərti ilə 200 qram çörəyə 8 TL olacaq", və bu qəbul edilib.
Belə ki, 1 kiloqram çörəyin qiyməti 23 faiz artıb.
Həmçinin qeyd olunub ki, əvvəlki artım Avqust ayında müşahidə olunmuşdu.
Oxşar xəbərlər
ING Türkiyə lirəsinin 2026-cı ilədək rekord həddə ucuzlaşacağını proqnozlaşdırır
Niderlandın "ING Group"u 2025-ci ilin sonunda Türkiyənin milli valyutasını ABŞ dollarına nisbətdə 40 lirəyə düşəcəyini proqnozlaşdırır. BAKU.WS “report”a istina...