İstanbulda ağır qəza: Ölən və yaralananlar var - FOTO

İstanbulda ağır qəza: Ölən və yaralananlar var - FOTO
Foto
Siyasət 1

İstanbulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, təmizlik maşını ilə cip toqquşub.

Dəhşətli qəzada 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Hadisə yerinə polis, yanğınsöndürmə briqadası və tibb işçiləri cəlb edilib.

Yaralılar sağlamlıq qruplarının ilkin müdaxiləsindən sonra xəstəxanaya aparılıb.

Qəzaya səbəb olan avtomobillər evakuatorun köməyi ilə çıxarılıb, bələdiyyə qrupları yolda təmizlik işləri aparıb.

Son xəbərlər