İstanbul boğazında gəmilər toqquşub
02
fev
2024
10:59
İstanbul Boğazında iki gəmi qəza törədib.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Boğazın Yenikapı sahillərində "Kevalay Queen" adlı 147 metr uzunluğunda Ro-Ro sərnişin gəmisi ilə "Kapitan Adam 1" adlı 103 metr uzunluğundakı yük gəmisi toqquşub.
Hadisə yerinə Sahil Təhlükəsizliyi Baş Müdirliyinə bağlı "KEGM-4" sürətli xilasetmə qayığı yönəldilib.
Qəzada hər iki gəmiyə ziyan dəyib, yoxlamalar zamanı ətraf mühitin çirklənməsi aşkar edilməyib.
Gəmilər Ahırkapı Dəmir Sahəsinə lövbər salıb.
Oxşar xəbərlər
Rusiyadan Sloveniyaya gedən gəmi İstanbulda lövbər saldı
Rusiyadan Sloveniyaya gedən "ULUSOY 9" quru yük gəmisində nasazlıq yaranıb. BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İstanbul Boğazı, Türkeli...