İsrailin Münhendəki baş konsulluğuna hücum olub

İsrailin baş konsulu Taliya Lador mayın 22-nə keçən gecə Münhendəki missiyaya hücum edildiyini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” qəzeti məlumat yayıb.
“Bu gün İsrailin Münhendəki Baş Konsulluğuna hücum edilib. Bu, Almaniyanın cənubunda İsrail Dövlətinin rəmzinə hücumdur.
Münhen polisinə sayıqlığına görə təşəkkür etmək istərdik. Son bir neçə ay ərzində bu cür hallar təkrar-təkrar baş verir”, - diplomat söyləyib.
Nəşr əlavə olaraq yazıb ki, konsulluğun ərazisinə butulka atılıb və onun içərisində yandırıcı qarışıq tapılıb.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Oxşar xəbərlər
İran və İsrailin orduları nə qədər güclüdür? Tehranın ən zəif yeri... - FOTO
İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də İsrail və İran ordularının nə qədər güclü olmasıdır. BAKU.WS hər iki ölkənin orduları h...