İsrailin müdafiə naziri Azərbaycana gəlib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantın Azərbaycana rəsmi səfəri başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik tvitter hesabında məlumat yayıb.
Məlumata görə, nazirin Azərbaycana səfərinin məqsədi ölkələr arasında strateji əlaqələri, siyasi əməkdaşlığı gücləndirmək, təhlükəsizlik və texnologiya sahəsində əlaqələri genişləndirməkdir.
Bundan əlavə, səfər zamanı İsrailin müdafiə nazirinin həmkarları ilə regional sabitliyin möhkəmləndirilməsi yollarını müzakirə edəcəyi gözlənilir.
Welcome to Azerbaijan, Minister of Defense @yoavgallant 🇮🇱🇦🇿 pic.twitter.com/jajdy8drxy
— George Deek (@GeorgeDeek) July 12, 2023
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...