İsrailin Baş naziri: “Dəmir Qılınclar” əməliyyatının birinci mərhələsi başa çatıb”
08
okt
2023
10:03
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağından hücuma cavab olaraq “Dəmir Qılınclar” əməliyyatının birinci mərhələsinin başa çatdığını və terrorçuların əksəriyyətinin məhv edildiyini açıqlayıb.
Bu barədə İsrailin Baş naziri “X” hesabında bildirib.
“Birinci mərhələ bu saatlarda ərazimizə daxil olmuş düşmən qüvvələrinin böyük əksəriyyətinin məhv edilməsi ilə başa çatıb”, - deyə Benyamin Netanyahu vurğulayıb.
O, həmçinin qarşıya qoyulan məqsədlərə çatana qədər hücumların davam edəcəyini bəyan edib.
Oxşar xəbərlər
İsraildə terrorçuların hücumu nəticəsində azı 350 nəfər ölüb - VİDEO - YENİLƏNİB
İsraildə Fələstinin HƏMAS (Hərəkət əl-Müqavəmə Əl-İslamiyyə) terror təşkilatının hücumu nəticəsində azı 350 nəfər ölüb, 1 800 nəfər yaralanıb. Bu barədə ölkənin...